Qaraciyər sirrozunun İLKİN ƏLAMƏTLƏRİ

Xəbərlər 08-Mayıs-2021, 11:51 0 54

Qaraciyər sirrozu çox ağır və təhlükəli xəstəlikdir. Sirroz zamanı qaraciyərin toxuması müxtəlif səbəblərə görə (spirtli içkilərin qəbulu, B və C virus hepatitlər, dərmanların təsiri, autoimmun xəstəliklər və s.) tədricən çapıq toxuması ilə əvəz olunur.
Təbii ki, çapıq toxuması qaraciyərin toxumasının funksiyalarını yerinə yetirə bilmir və bu səbəbdən xəstədə qaraciyər çatışmazlığı kimi çox ağır pozulma inkişaf edir. Gecikmiş mərhələlərdə qaraciyər sirrozu xəstənin az bir müddət ərzində ölümünə səbəb olur.


Təəssüf ki, qaraciyər sirrozu müalicə olunmur. Lakin sirrozun ilkin mərhələlərində onun qaraciyərə olan dağıdıcı təsirini xeyli ləngitmək və xəstənin həyatını uzatmaq mümkündür. Burada ən əsas şərt xəstəliyi vaxtında aşkar etməkdir. Lakin xəstəliyin ilkin mərhələlərində sirroz özünü demək olar heç bir spesifik simptomla büruzə vermir və ya bu simptomlar digər xəstəliklərin simptomları ilə səhv salınır. Bu səbəbdən sirrozun inkişafına işarə edə bilən bəzi əlamətləri bilmək çox vacibdir.
drhepatoloq.com Express nəşrinə istinadla bildirir ki, British Liver Trust təşkilatının mütəxəssisləri sirrozun ilkin əlamətlərini açıqlayıb.
Mütəxəssislər bildirirlər ki, ayaqlarda əmələ gələn ödemlər (şişkinlik) qaraciyərin fəaliyyətinin pozulmasına işarə edə bilər.
Bundan əlavə səbəbsiz yorğunluq və halsızlıq, iştahanın azalması, ürəkbulanması, yuxunun pozulması, ovucların dərisində qırmızı ləkələr, beldən yuxarı dəridə partlanmış kapilyarların əmələ gəlməsi sirrozun inkişafına işarə edə bilən simptomlardır.

Комментарии (0)

Оставить комментарий

Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız

Daha ətraflı məlumat üçün

Qəbula yazıl